Avtobus dərəyə yuvarlandı - 22 ölü var

Hazırda oxunan: Avtobus dərəyə yuvarlandı - 22 ölü var

635142

Kabo-Verde adalarında (Qərbi Afrika) baş verən ağır yol-nəqliyyat hadisəsi ölkəni sarsıdıb.

Bizim.Media xəbər verir ki, Foku adasında ekskursiyadan qayıdan sərnişin avtobusunun idarəetməni itirərək təxminən 30 metr hündürlükdən dərəyə yuvarlanması nəticəsində ilkin məlumatlara görə, 22 nəfər həlak olub. 

Qurbanların əksəriyyəti məktəblilər və tələbələrdir.  Hadisə yerindən xəsarət alan 18 nəfər xəstəxanalara çatdırılıb. 

Yaralı uşaqların 6-11 yaş arasında olduğu, onlardan dördünün vəziyyətinin ağır qiymətləndirildiyi bildirilir. 

Dağlıq ərazidə xilasetmə əməliyyatları çətin şəraitdə aparılıb.  Foku adasının yerli hakimiyyət orqanları baş vermiş faciə ilə əlaqədar ölkədə və bölgədə iki günlük matəm elan ediblər. 

Qəzanın dəqiq səbəbləri araşdırılır.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin