Yeni tədris ili üçü şagird yerdəyişməsi bu gün başa çatır.
Bizim.Media xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, şagirdlərin elektron yerdəyişmə prosesi bu gün saat 12:00-da dayandırılacaq.
Bildirilib ki, “sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 7 sentyabr saat 12:00-da dayandırılacaq.
Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 10 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.
Yerdəyişmə prosesi başa çatdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.
Qeyd edək ki, yerdəyişmə prosesinə avqust saat 15:00-dan etibarən başlanıb.
Fəridə, Bizim.Media


































































































