ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner bazar günü Misirdə HAMAS liderləri ilə görüşərək onları silahsızlaşdırma ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Axios” adı açıqlanmayan iki mənbəyə istinadən məlumat yayıb.
Görüş Kuşnerin ötən ilin oktyabrında Qəzzada müharibəyə son qoyulması barədə razılaşmanın imzalanmasından sonra HƏMAS rəhbərliyi ilə ilk görüşü olub.
Görüş ABŞ administrasiyası və Trampın Sülh Şurasının HƏMAS və İsraili ABŞ-ın 20 maddəlik sülh planının növbəti mərhələsinə keçməyə çağırdığı bir vaxtda baş tutub.
Məlumata görə, Kuşner bazar ertəsi İsrailə gedərək Baş nazir Benyamin Netanyahu ilə İsrailin atmalı olduğu müvafiq addımları müzakirə edəcək.
Görüşdə Sülh Şurasının yüksək nümayəndəsi Nikolay Mladenov və şuranın üzvü, Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer də iştirak edib. HƏMAS-ın siyasi lideri Xəlil əl-Həyyə, Misir kəşfiyyatının rəhbəri Həsən Rəşad, qətərli diplomat Əli əl-Təvadi və Türkiyənin yüksək vəzifəli rəsmisi də görüşə qatılıb.
Bizim.Media







































































































