Husilər “Saudi Aramco”nun neft emalı zavoduna ZƏRBƏ ENDİRDİ - VİDEO

Hazırda oxunan: Husilər “Saudi Aramco”nun neft emalı zavoduna ZƏRBƏ ENDİRDİ - VİDEO

630112

İranın dəstəklədiyi “Ənsar Allah” hərəkatının husilər qruplaşması Səudiyyə Ərəbistanının cənubundakı Cizan şəhərində yerləşən Saudi Aramco şirkətinə məxsus neft emalı zavoduna hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə bazar günü Yəmən husilərinin nümayəndəsi məlumat verib.
 

İddia olunur ki, husilər obyektə pilotsuz uçuş aparatları ilə zərbə endirib. Hücumun Səudiyyə Ərəbistanına məxsus dronların Yəmənin Səada və Həccə vilayətlərinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirildiyi bildirilir. Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.


Bundan əvvəl Səudiyyə Ərəbistanının Energetika Nazirliyi bildirib ki, yanğınsöndürənlər Qırmızı dəniz sahilində, Yəmən sərhədi yaxınlığında yerləşən Cizandakı Saudi Aramco neft emalı zavodunun ərazisində sübh saatlarında baş verən yanğını söndürüblər.

Nazirliyin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin