ABŞ-ın Sinsinnati şəhərindən olan keçmiş siyasətçi 4,5 ay federal həbsxanada smartfonsuz qalıb.
Bizim.Media xəbər veir ki, o, bu müddət ərzində diqqətini daha yaxşı cəmləşdirdiyini, daha uzun müddət kitab oxuduğunu, daha dərindən düşündüyünü və diqqətinin daha az yayındığını bildirib.
Onun sözlərinə görə, fasiləsiz bildirişlərin olmaması beyninin sanki daha yaxşı işləməsinə səbəb olub.
Azadlığa çıxdıqdan sonra bu təsir bir müddət davam edib. O, telefonunu evdə qoyur, “Narahat etməyin” rejimini aktivləşdirir və sosial şəbəkələrdə daha az vaxt keçirirdi. Lakin bir neçə ay sonra köhnə vərdişlər geri qayıdıb – fasiləsiz skrollinq və diqqət dağınıqlığı yenidən başlayıb.
Müəllif ironik şəkildə qeyd edir ki, nadir azadlıq formalarından birini məhz həbsxanada – telefondan azad olmaqda tapıb.
Bizim.Media







































































































