İran Hörmüz boğazının açılması üçün 6 şərt irəli sürdü

Hazırda oxunan: İran Hörmüz boğazının açılması üçün 6 şərt irəli sürdü

630085

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Məhəmməd Baqer Zülqədr bildirib ki, ABŞ siyasətini dəyişməyənə və Tehranın tələblərini yerinə yetirməyənə qədər Hörmüz boğazı bağlı qalacaq.

Bizim.Media xəbər verir ki, Mehr agentliyinin məlumatına görə, Zülqədr Vaşinqtonun strateji su yolunun açılması üçün ilk növbədə “davranışını düzəltməli” olduğunu bildirib.

Onun sözlərinə görə, İranın irəli sürdüyü altı əsas şərt bunlardır:

İranın ali dini liderinə qarşı təhdidlərin dayandırılması;

ABŞ-ın İrana və onun regiondakı müttəfiqlərinə qarşı hərbi əməliyyatlardan tam və daimi imtina etməsi;

İranın blokadasında iştirak edən ABŞ hərbi-dəniz və hərbi-hava qüvvələrinin bölgədən çıxarılması;

Son münaqişələr nəticəsində İrana dəymiş zərərin kompensasiya edilməsi;

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvi;

İranın dondurulmuş aktivlərinin azad edilərək ölkəyə qaytarılması.
 

Zülqədrin sözlərinə görə, Tehran ABŞ-dan İranın ali dini liderinə qarşı təhdidlərə son qoymağı, İrana və onun regional müttəfiqlərinə qarşı hərbi əməliyyatları birdəfəlik dayandırmağı, blokadada iştirak edən ABŞ hərbi-dəniz və hərbi-hava qüvvələrini geri çəkməyi və son münaqişələr zamanı Tehrana dəymiş zərəri ödəməyi tələb edir.


Bundan əlavə, İran ABŞ sanksiyalarının ləğv edilməsini və ölkənin dondurulmuş aktivlərinin geri qaytarılmasını istəyir.

Zülqədr bildirib ki, bu tələblər İran xalqının iradəsini əks etdirir. Onun sözlərinə görə, buna ölkədə son altı gündür keçirilən kütləvi aksiyalar da sübutdur.

“Milli Təhlükəsizlik Ali Şurası nə müharibə şəraitində, nə də danışıqlar zamanı bu tələblərdən geri çəkilməyəcək”, — deyə Zülqədr vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin