Argentinada milyarderlər nüvə müharibəsinə qarşı BUNKER TİKİRLƏR

Hazırda oxunan: Argentinada milyarderlər nüvə müharibəsinə qarşı BUNKER TİKİRLƏR

630053

Argentinada İT maqnatları nüvə müharibəsi, iqlim fəlakəti və ya iqtisadi çöküş halları üçün bunker inşa edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə "The Financial Times" (FT) qəzeti məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, sığınacaq And dağlarının ətəyində, Mendoza əyalətində yerləşən "Uamani" rançosunda qurulur. Həmin təsərrüfatı 2023-cü ildə argentinalı-ispaniyalı iş adamı Martin Varsavski, Meksika əsilli amerikalı milyarder Daniel Lubetski və texnologiya sahibkarı, Argentinanın ABŞ-dəki səfiri Alek Oksenford ilə birlikdə satın alıb.

Hazırda ərazidə quraşdırılma evlər, geodezik günbəzlər və uçuş-enmə zolağı inşa edilib.

İş adamı Varsavski bəyan edib ki, o, Argentinanı beynəlxalq münaqişə baş verəcəyi təqdirdə ən təhlükəsiz yerlərdən biri hesab edir, çünki bu ölkə nüvə dövlətlərindən kifayət qədər uzaq məsafədə yerləşir.
 

Ərazidəki binalar günəş panelləri ilə təchiz olunacaq ki, bunun sayəsində qlobal serverlər sıradan çıxsa belə, rançoda internet işləməyə davam edəcək.


Bundan əlavə, təsərrüfatda heyvandarlıq və kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi ilə məşğul olunacaq. Layihəyə artıq təxminən 10 milyon dollar sərmayə qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin