İran Hörmüzün açılması üçün ABŞ-dən təzminat TƏLƏB EDİR

Hazırda oxunan: İran Hörmüzün açılması üçün ABŞ-dən təzminat TƏLƏB EDİR

630048

Hörmüz boğazının açılması İslamabad memorandumunun pozulmasına görə ABŞ tərəfindən kompensasiya (təzminat) ödənilməsindən asılıdır.

Bizim.Media “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib.
 

Diplomatın sözlərinə görə, Omanla Hörmüz boğazının hüquqi mexanizmi və idarə edilməsi, xüsusən də gəmiçilik marşrutlarının müəyyənləşdirilməsi üzrə danışıqlar aparılır.


"Biz razılaşmanın əldə olunmasına çox yaxınıq, lakin boğazın açılması həm də digər şərtlərdən, o cümlədən ABŞ-nin İslamabad memorandumunun müddəalarını pozmasına görə təzminat ödəməsindən asılıdır", - deyə Əraqçi əlavə edib.

Qeyd edək ki, İran və Oman Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətini bərpa edəcək saziş üzərində danışıqlar aparırlar.

Regiondakı iki mənbənin verdiyi məlumata görə, saziş iki ölkə arasında 60 günlük müvəqqəti razılaşmanı nəzərdə tutur. Bu razılaşmaya əsasən, boğazdan keçərək Fars körfəzinə daxil olan bütün gəmi axını İran sularından keçən şimal marşrutu ilə hərəkət edəcək. Hörmüzdən çıxan və Ərəb dənizinə doğru gedən bütün gəmilər isə İranla koordinasiyalı şəkildə, Oman sularından keçən cənub marşrutundan istifadə edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin