"Dünyanın ən yaraşıqlı ərəbi" kimi tanınan Ömər Borkanının həyat yoldaşı kimdir? - FOTO

Hazırda oxunan: "Dünyanın ən yaraşıqlı ərəbi" kimi tanınan Ömər Borkanının həyat yoldaşı kimdir? - FOTO

627074

"Dünyanın ən yaraşıqlı ərəbi" kimi tanınan model və aktyor Omar Borkan Al Gala uzun illərdir şəxsi həyatı ilə də diqqət mərkəzindədir.

Bizim.Media xəbər verir ki, xarici KİV onun ailə həyatı ilə bağlı maraqlı məqamları təqdim edib.

İraq əsilli olan Ömər Borkan Dubayda böyüyüb. O, 2013-cü ildə BƏƏ-də baş verən qalmaqallı hadisədən sonra dünya miqyasında məşhurlaşıb. Həmin vaxt yerli mətbuatda onun "həddindən artıq yaraşıqlı olduğu üçün" tədbirdən uzaqlaşdırıldığı barədə xəbərlər yayılmışdı. Bu hadisə onun populyarlığını daha da artırmışdı.

Model sonradan amerikalı modelyer Yasmin Oveidah ilə münasibət qurub. Pensilvaniyada anadan olan Yasmin Parisdə moda dizaynı üzrə təhsil alıb və geyim dizaynı sahəsində fəaliyyət göstərir.

Cütlük 2015-ci ildə ailə qurub. Bir il sonra onların Diyab adlı oğlu dünyaya gəlib. 2018-ci ildə ayrıldıqları bildirilsə də, sonradan münasibətlərini yenidən bərpa etdikləri qeyd olunur.

Məlumata görə, ailə bir müddət Kanadanın Vankuver şəhərində yaşadıqdan sonra Dubaya köçüb. Ömər Borkan hazırda da model kimi fəaliyyətini davam etdirir, həmçinin sosial şəbəkələrdə milyonlarla izləyicisi var.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin