"Bağlanmamış cins şalvar" trendi Z nəslinin yeni dəbinə çevrildi - FOTO

Hazırda oxunan: "Bağlanmamış cins şalvar" trendi Z nəslinin yeni dəbinə çevrildi - FOTO

627050

Z nəsli arasında yeni dəb trendi sayılan "bağlanmamış cins şalvarlar" sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Söhbət foldover jeans adlandırılan cins şalvarlardan gedir. Bu modellər elə hazırlanır ki, sanki şalvarın fermuarı bağlanmayıb və ya istifadəçi onu açıq qoyub. Bəzi modellərdə alt paltarının rezin hissəsini xatırladan dekorativ elementlər də istifadə olunur.
 

Məlumata görə, trend hələ 2022-ci ildə bloqerlər və məşhurların, o cümlədən aktrisa və müğənnilərin adi cins şalvarların düyməsini açaraq bel hissəsini qatlaması ilə populyarlaşıb. Hazırda isə bir çox geyim brendləri bu dizaynı hazır məhsul kimi satışa çıxarır.


Belə cins şalvarların qiyməti brenddən asılı olaraq təxminən 35 ABŞ dollarından başlayır və lüks modellərdə 1200 dollardan çox ola bilir.

Nəşrin yazdığına görə, trend yeniyetmələr arasında böyük maraq doğursa da, bir çox valideynlər onu bəyənmirlər. Sosial şəbəkələrdə bəzi istifadəçilər bu görünüşün sanki insanın şalvarını bağlamağı unutduğu təəssüratı yaratdığını qeyd edirlər.

Bununla belə, valideynlərin bir qismi bunu yeniyetmələrin növbəti moda və özünüifadə mərhələsi kimi qiymətləndirir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin