ABŞ-ın birinci xanımı Melania Trump jurnalist Michael Volffun məhkəmə prosesindən yayınmaq cəhdinə görə cəzalandırılmasını istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı xarici KİV yayıb.
Məlumata görə, Melaniya Tramp Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Məhkəməsinə müraciət edərək Maykl Volffa qarşı sanksiyaların tətbiqini tələb edib. Onun vəkilləri jurnalistin bütün məhkəmə və hüquqi xərcləri ödəməsini istəyirlər.
Mübahisə Volffun Melaniya Trampı mərhum maliyyəçi Jeffrey Epsteinlə əlaqələndirən açıqlamalarından sonra başlayıb. Birinci xanımın hüquqşünası jurnalistdən bu iddiaları geri götürməyi tələb edib və əks halda 1 milyard dollarlıq böhtan iddiası qaldırılacağı barədə xəbərdarlıq edib.
Bunun ardınca Maykl Volff ötən ilin oktyabrında özü Melaniya Trampa qarşı məhkəməyə müraciət edərək gələcəkdə mümkün iddianın əsassız olduğunun əvvəlcədən təsdiqlənməsini istəyib.
Bu ilin may ayında federal hakim Meri Key Vıskotsil jurnalistin iddiasını tamamilə rədd edib və onun hüquqi arqumentlərini kəskin tənqid edib.
Melaniya Tramp bütün ittihamları rədd edir. Bildirilir ki, o, daha əvvəl oxşar iddialarla bağlı The Daily Beast nəşrindən ictimai üzr və təkzib də əldə edib.
Bizim.Media




































































































