Karlson Netanyahunun sirrini açdı: “HƏMAS-a vəsait göndərilməsini xahiş edib” - VİDEO

Hazırda oxunan: Karlson Netanyahunun sirrini açdı: “HƏMAS-a vəsait göndərilməsini xahiş edib” - VİDEO

627014

Amerikalı jurnalist Taker Karlson Qətərdə daşınmaz əmlakının olmadığını və indiyədək Qətərdən və ya başqa hər hansı dövlətdən maliyyə vəsaiti almadığını bildirib.

Bizim.Media xəbər verir ki, o, bu barədə açıqlamasında deyib.

Karlsonun sözlərinə görə, onun nə investorları, nə borcları, nə də bank kreditləri var. Bununla yanaşı, jurnalist Qətərə müsbət münasibət bəslədiyini etiraf edib.

O, həmçinin iddia edib ki, İsrailin baş naziri Benjamin Netanyahu vaxtilə Qətər hakimiyyətindən HƏMAS-a vəsait göndərilməsini xahiş edib, lakin hazırda İsrail Dohanı Fələstin hərəkatını dəstəkləməkdə ittiham edir.

"Bütün bunlar o qədər qeyri-səmimidir ki, bununla barışa bilmirəm", – deyə Karlson bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin