Rusiya ordusunun Ukraynanın Xerson və Xarkov vilayətlərinə endirdiyi zərbələr nəticəsində iki nəfər həlak olub, 31 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna rəsmiləri məlumat yayıb.
Xerson vilayətində həyata keçirilən hücumlar nəticəsində bir nəfər ölüb, daha 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xarkov şəhəri və vilayətin daha 15 yaşayış məntəqəsi raketlər, idarəolunan aviasiya bombaları və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə atəşə tutulub.
Hücumlar nəticəsində Xarkov vilayətində bir nəfər həyatını itirib, daha 11 nəfər yaralanıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:28 / 23.07.2026
Rusiya Xerson və Xarkov vilayətlərinə zərbə endirib: Ölən və yaralananlar var
Hazırda oxunan: Rusiya Xerson və Xarkov vilayətlərinə zərbə endirib: Ölən və yaralananlar var
Hazırda oxunan: Rusiya Xerson və Xarkov vilayətlərinə zərbə endirib: Ölən və yaralananlar var
627012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































