Amerikalı iş adamı: Vaşinqton Kiyevə istədiyi qədər yardım edə bilmir - VİDEO

Hazırda oxunan: Amerikalı iş adamı: Vaşinqton Kiyevə istədiyi qədər yardım edə bilmir - VİDEO

627009

Amerikalı sahibkar Palmer Laki bildirib ki, ABŞ Ukraynanın istədiyi həcmdə hərbi yardım göstərmək imkanına malik deyil.

Bizim.Media xəbər verir ki, o, bu barədə çıxışı zamanı danışıb.

Laki deyib ki, ABŞ Ukraynaya tələb olunan qədər silah və müdafiə vasitələri verə bilmir, çünki ölkənin öz ehtiyatları və istehsal gücü buna imkan vermir.
 

"Biz onlara istədikləri hər şeyi verə bilmirik. Hətta istəsək belə, buna imkanımız yoxdur. Məsələn, bütün Patriot raketlərimizi Ukraynaya göndərə bilmərik. Onların zavodlarını qorumaq üçün lazım olan müdafiə vasitələrini də kifayət qədər istehsal etmirik. Bizdə onların sayı yetərli deyil və çox bahalıdır", – deyə o bildirib.


Laki hesab edir ki, ABŞ qlobal sabitliyə töhfə vermək üçün "dünya polisi" rolundan imtina etməli, bunun əvəzinə "dünyanın silah mağazası"na çevrilməli və hərbi sənaye istehsalını artırmalıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin