Britaniya diplomatlarını İrandan geri çağırdı

Hazırda oxunan: Britaniya diplomatlarını İrandan geri çağırdı

626961

Böyük Britaniya hökuməti təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda İrandakı diplomatik heyətini müvəqqəti olaraq geri çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, regiondakı gərginlik və təhlükəsizliklə bağlı yenilənmiş məlumatlar nəzərə alınaraq Böyük Britaniyanın İrandakı diplomatik əməkdaşları ölkədən çıxarılıb. Bununla yanaşı, səfirlik fəaliyyətini məsafədən davam etdirəcək.
 

Britaniya Xarici İşlər Nazirliyi vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb. Qurum həmçinin hazırda İranda olan Britaniya vətəndaşlarına ölkədə qalmağın risklərini diqqətlə qiymətləndirməyi tövsiyə edib.


Nazirlik xəbərdarlıq edib ki, İran hakimiyyəti üçün Britaniya pasportunun olması və ya Böyük Britaniya ilə əlaqələrin mövcudluğu şəxsin saxlanılması üçün kifayət qədər əsas kimi qiymətləndirilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin