4 mindən çox əsgərin həlak olduğu çimərlik YUNESKO siyahısına salınır

Hazırda oxunan: 4 mindən çox əsgərin həlak olduğu çimərlik YUNESKO siyahısına salınır

626938

Layihənin başlanmasından demək olar ki, iyirmi il sonra Normandiya, Ümumdünya İrsi statusunun alınması üçün etdiyi müraciətin uğurla nəticələnməsinə çox yaxın görünür.

Bizim.Media "Euronews"a istinadla xəbər verir ki, BMT-nin bu strukturu öz qərarını iyulun 24-dən 27-dək Cənubi Koreyanın Pusan şəhərində keçiriləcək Ümumdünya İrsi Komitəsinin 48-ci sessiyasında elan etməlidir.
 

Müraciət təsdiqlənərsə, Normandiya desant çimərlikləri Mon-Sen-Mişel, Versal sarayı və Şartr kafedralı da daxil olmaqla, YUNESKO-nun Ümumdünya İrsi Siyahısına artıq daxil edilmiş 54 Fransa obyekti ilə eyni sırada yer alacaq.


Bu status "müstəsna universal dəyərə" malik olan obyektlərə verilir və dövlətlərin üzərinə onların mühafizəsini təmin etmək öhdəliyi qoyur.

6 iyun 1944-cü ildə tarixin ən böyük dəniz döyüşü baş verib. Əksəriyyəti amerikalı, britaniyalı və kanadalı olan 150 mindən çox əsgər Normandiya sahillərinə çıxmışdı. Avropanın faşist işğalından qurtulmasında həlledici olan həmin gündə 4 mindən çox əsgər həlak olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin