Tenerifedən Liverpula gedən “easyJet” təyyarəsi, göyərtədəki sərnişinlər arasında mübahisə səbəbindən uçuşdan qısa müddət sonra istiqamətini dəyişmək məcburiyyətində qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
İspaniya aviadispetçerlərinin məlumatına görə, davanın içində iki ailəni təmsil edən təxminən on nəfər britaniyalı iştirak edib.
Bundan sonra hava gəmisinin kapitanı geri qayıtmaq qərarı verib, çünki yaranan vəziyyət uçuşun təhlükəsizliyinə birbaşa təhdid yaradıb.
Enişdən sonra təyyarəni polis qarşılayıb. İspaniya Mülki Qvardiyası reysdən səkkiz nəfərin — birlikdə uçan iki yetkin şəxs və altı yetkinlik yaşına çatmayanların düşürüldüyünü bildirib.
Həbs olunan olmasa da, onların hər birinin şəxsiyyəti müəyyənləşdirilib və araşdırma aparılması üçün təhvil veriliblər. Bir müddət sonra təyyarə qayda Liverpula doğru yoluna davam edib.
Bizim.Media





































































































