Ukraynanın Aİ-yə üzvlük prosesi təxirə salındı – Macarıstana görə...

Hazırda oxunan: Ukraynanın Aİ-yə üzvlük prosesi təxirə salındı – Macarıstana görə...

626908

Macarıstan Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) daxil olması barədə danışıqların növbəti iki blokunun açılmasını bloklayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

Aİ Şurasının genişlənmə məsələləri üzrə işçi qrupunun iclasında Macarıstan Ukrayna üçün 2 nömrəli (“Daxili bazar”) və 3 nömrəli (“Rəqabətqabiliyyətlilik”) danışıqlar klasterlərinin açılmasını yenidən bloklayıb. Budapeşt yalnız Moldova üçün 3 nömrəli klasterin açılmasına razılıq verib.

Bu, Brüsselin artıq ikinci uğursuz cəhdidir. Budapeşt analoji imtinanı iyulun 17-də də etmişdi.
 

Nəticədə, Ukrayna və Moldovanın Aİ-yə qəbulu ilə bağlı növbəti danışıqlar ən azı sentyabrın 1-dək təxirə salınıb.


Bu hadisə, hər iki bloku yay tətilinə qədər təsdiqləməyə ümid edən və hazırda Aİ Şurasına sədrliyi həyata keçirən İrlandiya üçün ilk ciddi uğursuzluq olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin