SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi belə vuruldu -ANBAAN VİDEO

Hazırda oxunan: SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi belə vuruldu -ANBAAN VİDEO

623481

Xəbər verdiyimiz kimi, dünən Nikolayev vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsi Rusiya Silahlı Qüvvələrinin dron hücumuna məruz qalıb

Bizim.Media xəbər verir ki, hücum anının görüntüləri teleqram kanallarında yayılıb. 

Qeyd edək ki, hücum nəticəsində yanacaqdoldurma məntəqəsində partlayış baş verib, məntəqənin inzibati binasına ziyan dəyib.

Xatırladaq ki, ötən ilin yayında Ukraynanın Jitomir vilayətinin Berezina kəndində baş vermiş partlayışlar nəticəsində Azərbaycanın “SOCAR Energy Ukraine” şirkətinə məxsus iki yanacaqdoldurma məntəqəsinə də ciddi ziyan dəymişdi. Bundan başqa, avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri SOCAR-ın Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına “Şahed” tipli pilotsuz uçuş aparatları ilə hücum etmişdi. PUA zərbələri nəticəsində yanğın baş vermiş, dörd nəfər ağır yaralanmışdı.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin