Ərdoğanın sözçüsündən Quranın yandırılmasına sərt reaksiya

Hazırda oxunan: Ərdoğanın sözçüsündən Quranın yandırılmasına sərt reaksiya

588168
“Stokholmda Qurani-Kərimin yandırılması açıq-aşkar nifrət və insanlıq cinayətidir. Bunu şiddətlə qınayırıq”.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın tviter hesabında yazıb.
 
“Bütün xəbərdarlıqlarımıza baxmayaraq, bu hərəkətə icazə vermək nifrət cinayətlərini və islamofobiyanı təşviq edir. Müqəddəs dəyərlərə hücum azadlıq deyil, barbarlıqdır”, - deyə Kalın əlavə edib.
 
Xatırladaq ki, yanvarın 21-də İsveç dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı müqəddəs Qurani-Kərimin yandırılıb.
 
Ümumilikdə son illər İsveçdə islamafobiya ilə bağlı hadisələr, o cümlədən Quranın yandırılması, məscidlərə və müsəlman ziyarətgahlarına hücumlar artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin