Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı – VİDEO

Hazırda oxunan: Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı – VİDEO

623037

Bakı şəhər Suraxanı rayonu Əmircan qəsəbəsində marşrut avtobusu ağır qəza törədib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, 113 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Karsan” markalı avtobus yoldan çıxaraq ağaca çırpılıb.

Nəticdə, avtobusda olan sərnişinlər və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 01.07.2026-cı il tarixində saat 10:30 radələrində 11 nəfər (5 qadın, 6 kişi olmaqla) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin