Əfqanıstanda 8 "taliban"çı öldürülüb

Hazırda oxunan: Əfqanıstanda 8 "taliban"çı öldürülüb

151841
Əfqanıstanın paytaxtı Kabil şəhəri yaxınlığında "Taliban" terror qruplaşmasının bir neçə silahlısı məhv edilib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat paytaxt yaxınlığındakı Qarabağ rayonunda baş verib. Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında silahlı toqquşma terrorçuların itki verməsi ilə nəticələnib.
Qarabağ rayonu administrasiyasının rəhbəri Samiullah Şərif xa0bildirib ki, atışma zamanı 8 silahlı öldürülüb. Onun sözlərinə görə, yerli sakinlər arasında terrorçulara kömək edən şəxs də saxlanılıb.
"Taliban" hadisə ilə bağlı hər hansı açıqlama verməyib. xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin