Pezeşkianın bu görüntüləri gündəm oldu - Video

Hazırda oxunan: Pezeşkianın bu görüntüləri gündəm oldu - Video

621405

Pakistanın Baş naziri Şahbaz Şəriflə İran Prezidenti Məsud Pezeşkianın qatıldığı rəsmi tədbirdə diqqətçəkən məqam yaşanıb.

Bizim.Media xəbər verir ki, görüş proqramına daxil edilən simvolik ağacəkmə mərasimində İran liderinin davranışı iştirakçıların marağına səbəb olub.

Belə tədbirlərdə adətən dövlət və hökumət başçıları ağacın dibinə bir neçə kürək torpaq atmaqla mərasimi yekunlaşdırırlar. Lakin Pezeşkian bununla kifayətlənməyərək ağacın düzgün yerləşdirilməsi və torpağın möhkəmləndirilməsi üçün işi sona qədər davam etdirib.

Bu zaman Şahbaz Şərif zarafatla İran Prezidentinin çiyninə toxunaraq onu dayandırmağa çalışsa da, Pezeşkian ağacəkməni tamamlayana qədər işini davam etdirib.

Mərasim iştirakçıları tərəfindən təbəssümlə qarşılanan bu anlar sosial şəbəkələrdə də geniş maraq doğurub və qısa müddətdə ən çox paylaşılan videolardan birinə çevrilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin