Belarusu hədələyən Zelenskidən bəyanat: “Təhlükə dayandı”

Hazırda oxunan: Belarusu hədələyən Zelenskidən bəyanat: “Təhlükə dayandı”

621368

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Belarus ərazisində yerləşən və onun ölkəsinə endirilən zərbələrin trayektoriyasını korreksiya etmək üçün istifadə olunan retranslyatorlar fəaliyyətini dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın "Strana" nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, Zelenskinin sözlərinə görə, bəhs etdiyi retranslyatorlar iyunun 22-dən bəri işləmir.
 

"Onların sökülüb-sökülmədiyini hələ bilmirəm. Lakin biz bu istiqamətdə işləyirik, mən bunu çox diqqətlə izləyirəm və hər gün məruzələr alıram", - deyə Ukrayna rəhbəri bildirib.


Xatırladaq ki, iyunun 19-da Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkoya Ukrayna ilə sərhəddən Rusiyanın Ukraynadakı obyektlərə endirdiyi zərbələri korreksiya etməyə kömək etdiyi iddia olunan texnikanı geri çəkməsi üçün bir həftə vaxt vermişdi. Əks təqdirdə Zelenski bunu Ukrayna Silahlı Qüvvələrinin gücü hesabına edəcəyi ilə hədələmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin