Toxumçuluğun inkişafını dəstəkləmək məqsədilə bir sıra dövlət dəstəyi mexanizmləri tətbiq olunacaq.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Toxumçuluq haqqında” qanun layihəsində əks olunub.
Layihəyə əsasən, Azərbaycan Respublikasında toxumçuluğa dövlət dəstəyi aşağıdakılardan ibarət olacaq:
- yerli toxumların istehsalı və satışı üçün subsidiyaların verilməsi;
- toxumçuluq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə güzəştli şərtlərlə kreditlərin verilməsi;
- toxumluq əkinlərin sığortalanması üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi;
- toxumçuluq sahəsində tarif (qiymət) siyasətinin həyata keçirilməsi;
- normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər iqtisadi təşviq tədbirlərinin tətbiqi.
Qeyd edək ki, bu qanun qüvvəyə mindiyi gündən “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 1997-ci il 11 mart tarixli 257-IQ nömrəli qanunu ləğv ediləcək.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:16 / 25.06.2026
Toxumçuluqla məşğul olanların NƏZƏRİNƏ – Dövlət dəstəyi mexanizmləri BƏLLİ OLDU
Hazırda oxunan: Toxumçuluqla məşğul olanların NƏZƏRİNƏ – Dövlət dəstəyi mexanizmləri BƏLLİ OLDU
Hazırda oxunan: Toxumçuluqla məşğul olanların NƏZƏRİNƏ – Dövlət dəstəyi mexanizmləri BƏLLİ OLDU
621437
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































