Venesuelada bir-birinin ardınca baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ ölkədə geniş dağıntılara səbəb olub.
Bizim.Media xəbər verir ki, hadisədən sonra hökumət fövqəladə vəziyyət elan edib, paytaxt Karakas və ətraf bölgələrdə xilasetmə əməliyyatlarına başlanılıb.
İlk zəlzələ Yaracuy ştatının San Felipe şəhəri yaxınlığında qeydə alınıb. ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, təxminən 40 saniyə sonra 7,5 bal gücündə ikinci və daha güclü yeraltı təkan baş verib. Ardınca bölgədə 20-dən çox təkan qeydə alınıb.
Ölkənin müvəqqəti Prezident Delsi Rodriges televiziya vasitəsilə xalqa müraciət edərək ölkədə fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb.
Daxili işlər naziri Diosdado Kabello zəlzələlərin Karakas, Miranda, Araqua, Karabobo, La Quayra və digər bölgələrdə güclü hiss olunduğunu bildirib. Onun sözlərinə görə, paytaxtda bəzi binalar uçub, bir sıra tikililər ciddi zərər görüb.
Ən ağır vəziyyətin Karakasın San Bernardino rayonunda yaşandığı qeyd olunur. Burada çoxmərtəbəli binanın çökməsi nəticəsində dağıntılar altında qalan insanların xilas edilməsi istiqamətində əməliyyatlar davam edir. Yerli hakimiyyət orqanları indiyədək 18 nəfərin sağ çıxarıldığını açıqlayıb.
Hakimiyyət orqanları ölən və yaralananların sayı ilə bağlı hələlik yekun məlumat açıqlamayıb.
Xilasetmə və axtarış əməliyyatları davam edir, sakinlərə isə təkrar təkanlar təhlükəsi səbəbindən zədələnmiş binalardan uzaq durmaq tövsiyə olunub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:05 / 25.06.2026
Venesuelada DAĞIDICI ZƏLZƏLƏLƏR - Paytaxt xarabalığa çevrildi - VİDEO
Hazırda oxunan: Venesuelada DAĞIDICI ZƏLZƏLƏLƏR - Paytaxt xarabalığa çevrildi - VİDEO
Hazırda oxunan: Venesuelada DAĞIDICI ZƏLZƏLƏLƏR - Paytaxt xarabalığa çevrildi - VİDEO
621401
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































