İran millət vəkilləri oturaq AKSİYAYA hazırlaşır

Hazırda oxunan: İran millət vəkilləri oturaq AKSİYAYA hazırlaşır

621369

Məhəmməd Baqir Qalibaf 4 aydır ki, parlamenti qanunsuz olaraq boykot edib və plenar iclasların keçirilməsinə icazə vermir.

Bizim.Media xəbər verir ki, bunu İran parlamentinin üzvü Kamran Qəzənfəri deyib.

O, Ali Milli Təhlükəsizlik Şurasının parlamentin bağlanması ilə bağlı qətnaməsinin olmasını yalan adlandırıb və bildirib ki, parlamentin bağlanması millət vəkillərinin ABŞ ilə danışıqlar prosesinə qarşı çıxmasının və atəşkəsi qəbul etməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilib.
 

“Parlament üzvləri bir-iki ay əvvəldən Qalibafdan belə bir qətnamənin olub-olmadığını göstərməsini tələb ediblər, ancaq o, heç nə göstərməyib. Buna görə də bu iddia tamamilə yalandır”,- Qəzənfəri əlavə edib.


O, bir qrup millət vəkilinin parlamentin qarşısında oturaq aksiya keçirməyə hazırlaşdıqlarını və bunun parlamentin plenar iclasının keçirilməsinə icazə verilənə qədər davam etdirmək niyyətində olduqlarını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin