Fitso yardımdan İMTİNA ETDİ: "Ukraynaya silah üçün pul verilməyəcək"

Hazırda oxunan: Fitso yardımdan İMTİNA ETDİ: "Ukraynaya silah üçün pul verilməyəcək"

621398

Slovakiya NATO-nun Ukrayna üçün nəzərdə tutduğu 70 milyard avroluq yardım paketində iştirak etməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə respublikanın Baş naziri Robert Fitso tələbələrlə diskussiya zamanı bəyan edib.

Görüşün translyasiyası Slovakiya hökumətinin "YouTube" kanalında yayımlanıb.

"Bunu ilk dəfədir ki, ictimaiyyətə açıqlayıram: Slovakiyanın Ukrayna üçün hərbi kreditlərdə iştirak etməməsi üçün əlimdən gələni edəcəyəm. Biz Ukraynaya humanitar baxımdan kömək etməyə hazırıq. Lakin Slovakiya öz büdcəsindən Ukraynaya silah və müharibə üçün pul verməyəcək", - deyə hökumət başçısı bildirib.
 

"ANSA" agentliyi yaydığı məlumatda bildirmişdi ki, NATO-nun iyulun 7-dən 8-dək Ankarada keçiriləcək sammitinin yekun sənədinə Ukraynaya hərbi ehtiyaclar üçün hər il 70 milyard avro ayrılması bəndi daxil edilə bilər.


Jurnalistlərin məlumatına görə, yekun mətn hazırda işlənmə mərhələsindədir. Xüsusilə, tərəflər təfərrüatları müzakirə edir və öhdəliklərin bölüşdürülməsi mexanizmi barədə danışıqlar aparırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin