Məmurların kabinetdə çəkilən kadrlarını - Bütün İraq danışır - FOTO

Hazırda oxunan: Məmurların kabinetdə çəkilən kadrlarını - Bütün İraq danışır - FOTO

621370

İraqda neft sektorunu sarsıdan qalmaqal ölkə gündəminin əsas mövzularından birinə çevrilib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan intim məzmunlu videonun dövlət qurumlarından birinin ofisində çəkildiyi iddia olunur.
 

Bildirilir ki, görüntülərdə Kərkükdə fəaliyyət göstərən Şimal Layihələri İdarəsinin rəhbəri İyad Hüseyn əl-Cəvhar və həmin qurumun maliyyə departamentinin direktoru Lina Raad Möhsin yer alıb.


İlkin olaraq videonun İraq Neft Nazirliyinin Layihələr Şirkətinin baş direktoru Əli Vərd Həmuda aid olduğu iddia edilsə də, qurum bu məlumatları təkzib edib.

Şirkətin yaydığı açıqlamada görüntülərin Həmuda aid olmadığı, onun barəsində yayılan ittihamların həqiqəti əks etdirmədiyi vurğulanıb.

Məlumatlara əsasən, qalmaqallı videonun yayılmasından sonra İyad Hüseyn əl-Cəvhar və Lina Raad Möhsin vəzifələrindən müvəqqəti uzaqlaşdırılıb və onların fəaliyyəti ilə bağlı araşdırmaya başlanılıb.

Qeyd olunur ki, qalmaqal İraqın neft sektorunda korrupsiyaya qarşı aparılan araşdırmalar və son dövrlərdə həyata keçirilən kadr dəyişiklikləri fonunda baş verib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin