Zəlzələnin FƏSADI: Karakas metrosunun fəaliyyəti dayandırıldı

Hazırda oxunan: Zəlzələnin FƏSADI: Karakas metrosunun fəaliyyəti dayandırıldı

621443

Venesuelada baş verən dağıdıcı zəlzələdən sonra paytaxt Karakasda metro və dəmir yolu xətlərinin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Associated Press" (AP) agentliyinə istinadən ölkə prezidentinin vəzifəsini icra edən Delsi Rodriqes açıqlayıb.

O, bəyan edib ki, bu addım şəhərdə xilasetmə işlərini asanlaşdırmaq və operativliyi təmin etmək məqsədilə atılıb:

"Biz xilasedicilərin fəaliyyətinə şərait yaratmaq və yardım işlərini sürətləndirmək üçün metro və dəmir yolu xətlərinin işini dayandırmaq qərarına gəldik", — deyə o qeyd edib.

Son rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində azı 32 nəfər həlak olub, 700-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda şəhərin dağıntılar qeydə alınan müxtəlif nöqtələrində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin