"ADINI ALBERT QOY!" - O, bu gün hər birimizin adı olmalıdır! - VİDEO

Hazırda oxunan: "ADINI ALBERT QOY!" - O, bu gün hər birimizin adı olmalıdır! - VİDEO

621363

“Adını Albert qoy!” reportajıma bundan uğurlu ad axtarmadım. Dostum-çox maraqlı publisist, Elbrus Ərudun kitabının adıdır...

O, müharibə hekayələrindən bəhs edən kitabına Milli Qəhrəman Albert Aqarunova ithaf etdiyi məqalənin adını qoyub”.

Bizim.Media xəbər verir ki, bu fikirlər “Real TV”nin baş direktoru Mirşahin Ağayevin Milli Qəhrəman Albert Aqarunova qarşı qarayaxma kampaniyası aparmağa cəhd edənlərlə bağlı növbəti reportajında yer alıb.

O, sözügedən süjetdə yaxın tariximizi onu unudanlara bir daha xatırladıb.

Əməkdar jurnalist Albert Aqarunovun və onun kimi minlərlə igidimizin ruhuna hörmətsizlik etməyə çalışanları 1992-ci ilin mayında Milli Qəhrəmanın Şuşada vurduğu 442 nömrəli erməni tankın ekipajına bənzədib:
 

“Alberti, onun timsalında Zəfər, şəhadət tariximizi və bütün Milli Qəhrəmanlarımızı ləkələməyə çalışırlar. Toxunulmazların üzərinə gedənlər, müqəddəs dəyərlərimizi murdarlayanlar bilərəkdən, ya da cahillikdən özlərini 442-ci tankın ekipajına çevirir”.


Ətraflı videomaterialda:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin