Əməkdar artist itini axtarır

Hazırda oxunan: Əməkdar artist itini axtarır

621362

Əməkdar artist Münəvvər Əliyeva itini itirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, "Instagram"da paylaşım edib.

M.Əliyeva itinin iyunun 23-də Bilgəh tərəfdə itdiyini qeyd edib.
 

“Şəkildə gördüyünüz, uzun illərdir bəslədiyim və ailəmin bir üzvü kimi sevdiyim itim itib. Xahiş edirəm, bu elanı mümkün qədər çox paylaşın və ətrafınızdakı insanlara çatdırın.


Onu sadəcə bir heyvan kimi deyil, övladım kimi sevirəm. Onsuz həyatımı təsəvvür etmək mənim üçün çox çətindir. Onun tapılması üçün bütün heyvansevərlərin dəstəyinə ehtiyacım var. Görən və ya hər hansı məlumatı olan şəxslərdən mənimlə əlaqə saxlamalarını xahiş edirəm. Öncədən hər kəsə təşəkkür edirəmə”. (yenisabah.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin