Martın 15-də keçirilən buraxılış imtahanında maksimum 300 bal toplayan Qusar rayonunun Yuxarı Zeyxur kənd tam orta məktəbinin builki məzunu Emiliya Qayıbova hədəfə çatmaq üçün inadla çalışır.
İyunun 7-də keçirilən qəbul imtahanında I qrup üzrə 388.6 bal toplayan Emiliya iyulun 12-də keçiriləcək ikinci şans imtahanına da qatılmağı planlaşdırır.
Bu barədə məzunun özü Bizim.Media-ya məlumat verib.
Bildirib ki, bu imtahanda maksimum 400 bal toplamağa çalışacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu






































































































