Toxumçuluq dövlət büdcəsinin vəsaiti, toxumçuluq sahəsində həyata keçirilən tədbirlərə və göstərilən xidmətlərə görə hüquqi və fiziki şəxslər tərəfindən ödənilən vəsait, ianələr, qrantlar, cəlb edilən investisiyalar və qanunda nəzərdə tutulmuş digər maliyyə mənbələri hesabına maliyyələşdiriləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Toxumçuluq haqqında” qanun layihəsində əks olunub.
Toxumçuluq sahəsində aşağıdakı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək:
- bu Qanuna, sahibkarlara münasibətdə həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq toxumçuluq sahəsində yoxlama tədbirlərinin həyata keçirilməsi;
- dövlət toxum ehtiyatı fondlarının yaradılması və saxlanılması;
- toxumçuluq sahəsində dövlət sifarişi ilə elmi tədqiqat işlərinin aparılması, mütəxəssislərin hazırlanması və əlavə təhsili;
-məqsədli dövlət və regional proqramların icrası çərçivəsində toxumçuluq sahəsində tədbirlərin görülməsi.
Toxumçuluq sahəsində aşağıdakı tədbirlər və xidmətlər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslər tərəfindən maliyyələşdiriləcək:
- sertifikatlaşdırma məqsədilə toxumluq əkinlərdə tarla nəzarətinin aparılması;
- toxumların sortluq və səpin keyfiyyətlərinin laboratoriya müayinəsi;
- toxumların sorta uyğunluğunun (identifikasiyasının) laboratoriya ekspertizası;
- toxumların sortluq və səpin keyfiyyətlərinin laboratoriya müayinəsi və ekspertizası məqsədilə toxum partiyalarından nümunələrin götürülməsi;
- toxumların genetik modifikasiya olunmasının və ya müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmasının müəyyən edilməsi üçün molekulyar-bioloji ekspertizası;
- toxum əməliyyatçılarının qeydiyyatı ilə bağlı Reyestrdən çıxarışın və onun dublikatının verilməsi;
- toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatın verilməsi;
- təyinatı üzrə istifadəyə yararsız, o cümlədən genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış bitki toxumlarının götürülməsi, daşınması, saxlanması, ekspertizası, zərərsizləşdirilməsi və ya məhv edilməsi.
Toxum əməliyyatçılarının qeydiyyatı ilə bağlı Reyestrdən çıxarışın və onun dublikatının, habelə toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğlərdə dövlət rüsumu tutulacaq.
Bu Qanunun 10.3.1-ci, 10.3.3-cü, 10.3.5-ci və 10.3.8-ci maddələrində nəzərdə tutulmuş, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş sınaq laboratoriyalarında həyata keçirildiyi halda bu Qanunun 10.3.2-ci və 10.3.4-cü maddələrində nəzərdə tutulmuş tədbirlərə və xidmətlərə görə xidmət haqlarının məbləğləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, bu qanun qüvvəyə mindiyi gündən “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 1997-ci il 11 mart tarixli 257-IQ nömrəli qanunu ləğv ediləcək.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
10:00 / 25.06.2026
Fermerlərə ŞAD XƏBƏR – Bu xərclər dövlət hesabına qarşılanacaq
Hazırda oxunan: Fermerlərə ŞAD XƏBƏR – Bu xərclər dövlət hesabına qarşılanacaq
Hazırda oxunan: Fermerlərə ŞAD XƏBƏR – Bu xərclər dövlət hesabına qarşılanacaq
621340
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































