Qaxda avtomobil 20 metr hündürlükdən dərəyə düşdü - VİDEO

Hazırda oxunan: Qaxda avtomobil 20 metr hündürlükdən dərəyə düşdü - VİDEO

621372

Qaxa istirahətə gələn Ağcabədi sakini avtomobilini dərəyə aşırıb.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə axşam saatlarında Qax-İlisu avtomobil yolunun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib.
 

Belə ki, Qaxa gəzməyə gedən 35 yaşlı Ağcabədi rayon sakini Şıxlar Famil oğlu İsmayılovun idarə etdiyi "Toyota" markalı avtomobil sərt döngədə idarəetməni itirərək 20 metr dərinlikdə olan dərəyə düşüb.


Hadisə zamanı xəsarət alan Ş. İsmayılov Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı qax rayon Polis Şöbəsində araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin