İsrail - Livan danışıqları nəticəsiz başa çatdı - "Axios"

Hazırda oxunan: İsrail - Livan danışıqları nəticəsiz başa çatdı - "Axios"

621390

Dünən Vaşinqtonda İsrail və Livan arasında aparılan danışıqların ilk günü nəticəsiz başa çatıb, hətta müəyyən mənada geriləmə müşahidə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid iki məlumatlı mənbəyə istinadən "X" sosial şəbəkəsində yazıb.

Onların məlumatına görə, gün ərzində danışıqlar gərginləşib, lakin İsrail rəsmiləri atmosferin "xoş" olduğunu iddia edirlər.
 

Ravid qeyd edib ki, tərəflər İsrail qoşunlarının Livan ərazisindən mümkün çıxarılmasının miqyası və vaxtı ilə bağlı ciddi fikir ayrılıqlarını qoruyub saxlayırlar.


"Danışıqlardan xəbərdar olan mənbələrlə söhbətlərdən məndə belə təəssürat yaranır ki, danışıqların ilk günü o qədər səmərəsiz olub ki, amerikalı vasitəçilər tərəflərin mövqelərini yumşaltmaq ümidi ilə bu gün hər şeyə yenidən başlamaq qərarına gəliblər", - o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin