Ekvadorda Ərdoğanı qatil adlandırdılar.
Moderator.az “Дни.ру”x9d-ya istinadən xəbər verir. Ekvadorda Rəcəb Təyyib Erdoğanın üstünə yerli sakinlər hücum etdilər. Kürd əhalisinə etdiyi zülmlərə görə onu qatil adlandırıblar. Türkiyə prezidenti Rəcəb Təyyib Erdoğan cənubi amerika ölkələrinə səfəri çərçivəsində Ekvadora gəlib. Kito sakinləri siyasətçini qəzəbli etirazlarla qarşılayıblar. Nümayişçilər Milli Tədqiqatlar İnstitutunun qarşısında toplanmışdılar. Erdoğan Ekvador rəhbəri Rafael Korrea ilə onların yanından keçərkən nümayişçilər türk liderini kürd əhalini öldürməkdə ittiham edərək qışqırmağa başlayıblar. Prezidentlərin mətbuat konfransı zamanı zala daxil olan aktivistlər “Qatil!”x9d deyə qışqırıblar. Kadrlardan göründüyünə görə, təhlükəsizlik xidməti anında işə qarışaraq onları zaldan çıxarıb. Qeyd edək ki, hadisə jurnalistlərlə dövlət başçılarının dialoquna təsir etməyib. Xatırladaq ki, Erdoğan dəfələrlə Kürdüstan Fəhlə partiyasının nümayəndələrini 2015-ci ilin oktyabr ayında Ankarada törədilən terror aktında təqsirləndirib. Bundan əlavə, o, orduya İraqdakı kürd mövqelərinə vurmaq əmri verib. Lakin, bəzi ekspertlər əmindirlər ki, bu şəkildə Türkiyənin lideri siyasi nüfuz qazanmaq istəyir. Tərcümə etdi: Ramil Həsənli.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.