Meksika polisi məşhur narkobaron "Bücür”x9d ləqəbli Coaquin Kuzmanı yaxalaya bilib.
xa0"Qara qu quşu”x9d (Black Swan) adı verilən əməliyyatda narkobaron Kuzmanın yerləşdiyi sığınacaq ifşa olunub.
Əməliyyat zamanı narkobaronun tərəfdaşları polisə silahlı müqavimət göstəriblər. Nəticədə polis və xüsusi təyinatlılar ilə quldurlar arasında şiddətli atışma olub. Əməliyyat zamanı Kuzman əvvəlcə ən yaxın silahdaşlarından bir neçəsilə birlikdə qaça bilsə də, sonradan ələ keçib. 61 yaşlı narkobaron saxlanılaraq məhkəməyə təhvil verilib.
Əməliyyatın keçirilmə anları internetdə yayılıb. Video 15 dəqiqədir. Baş verənlər montaj edilib və əsas məqamları görüntülərdə yer alıb.































































































