Cəlilabadda heyvanlar arasında naməlum xəstəlik yayıldı – Heyvanlar tələf olur - FOTO

Hazırda oxunan: Cəlilabadda heyvanlar arasında naməlum xəstəlik yayıldı – Heyvanlar tələf olur - FOTO

623630

Cəlilabad rayonunun Əliqasımlı kəndində iribuynuzlu mal-qara arasında ardıcıl ölüm halları qeydə alındığı bildirilir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakini Asim İmanovun təsərrüfatında saxlanılan heyvanların qısa müddətdə xəstələndiyi qeyd olunur.

Sahibinin sözlərinə görə, əvvəlcə heyvanların ağız boşluğunda və burun hissəsində yaralar yaranıb, dırnaq nahiyəsində şişkinlik müşahidə edilib. Sonradan onlar yem qəbul etməyib, taqətdən düşərək bir-bir tələf olublar.
 

Fermer bildirir ki, indiyədək 4 baş iribuynuzlu heyvanını itirib. Hazırda təsərrüfatdakı digər heyvanlarda da oxşar əlamətlərin müşahidə olunduğunu və vəziyyətin getdikcə ağırlaşdığını deyir.


Onun ehtimalına görə, heyvanlar dabaq xəstəliyinə yoluxub. Fermer iddia edir ki, qabaqlayıcı tədbir kimi heyvanlar vaxtında peyvənd olunsa da, buna baxmayaraq xəstəliyin yayılmasının və tələfatın qarşısını almaq mümkün olmayıb.

Sakinlərin sözlərinə görə, oxşar hadisələr rayonun digər kəndlərində də müşahidə edilir. Məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparacağı və xəstəliyin dəqiq səbəbinin laborator müayinələrdən sonra müəyyənləşəcəyi gözlənilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin