Trampdan Meloni ilə bağlı qalmaqallı paylaşım: "Yaxınlaşmasına qadağa qoyulmalıdır"

Hazırda oxunan: Trampdan Meloni ilə bağlı qalmaqallı paylaşım: "Yaxınlaşmasına qadağa qoyulmalıdır"

623580

ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində İtaliyanın baş naziri Corciya Meloni ilə bağlı istehzalı bir paylaşım edib.

Bizim.Media xəbər verir ki, Tramp birgə fotolarını paylaşaraq, şəklin altına "Onun (Meloninin) yaxınlaşmasına qarşı məhkəmə qadağası lazımdır" şərhini yazıb.
 

Qeyd edək ki, ABŞ qanunvericiliyində belə bir məhkəmə orderi adətən təqibdən qorunmaq üçün verilir və şəxsin digər insana yaxınlaşmasını qadağan edir. Trampın bu ifadəsi siyasi dairələrdə və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


Bu, Trampın İtaliya baş nazirinə qarşı ilk belə hücumu deyil.

İyun ayında ABŞ prezidenti G7 sammitində Meloninin ondan birgə şəkil çəkdirmək üçün "yalvardığını" iddia etmişdi. İtaliyanın baş naziri isə bu sözləri qətiyyətlə rədd edərək, onları "tamamilə uydurma" adlandırmış və "nə mən, nə də İtaliya heç kimə heç nə üçün yalvarmırıq" deyərək cavab vermişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin