Bu il dövlət büdcəsinə nə qədər vergi daxil olub?

Hazırda oxunan: Bu il dövlət büdcəsinə nə qədər vergi daxil olub?

623612

Bu ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur.

Bizim.Media Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 139 milyon manat və ya 1,6 faiz çox təşkil edib.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 7 milyard 67,4 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 199,4 milyon manat vəsait ödənilib.

2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 645,8 milyon manat və ya 10,1 faiz artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin