Yer Günəşdən maksimum uzaqlaşacaq

Hazırda oxunan: Yer Günəşdən maksimum uzaqlaşacaq

623611

İyulun 6-da Yer Günəş ətrafındakı orbitinin afeli adlanan nöqtəsinə — Günəşdən maksimum uzaq məsafəyə çatacaq.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumata görə, bu gün Yer və Günəşin mərkəzləri arasındakı məsafə təxminən 152,1 milyon kilometr təşkil edəcək.

Müqayisə üçün qeyd edək ki, yanvarın əvvəlində müşahidə olunan periheliya zamanı bu məsafə təxminən 147,1 milyon kilometr olur.

Qeyd edək ki, Yer orbitinin Günəşə ən yaxın nöqtəsi periheli, ən uzaq nöqtəsi isə afeli adlanır. Perihelidə planetin sürəti ən yüksək, afelidə isə ən aşağı qiymət alır.
 

Yer afeli nöqtəsinə çatdıqda Günəşin görünən diametri ilin ən kiçik göstəricisinə — 31 dəqiqə 31 saniyəlik bucaq ölçüsünə enəcək. Görünüşcə Günəş yanvar ayı ilə müqayisədə təxminən 3 faiz kiçik olacaq. Lakin bu fərqi adi gözlə hiss etmək demək olar ki, mümkün deyil; onu yalnız peşəkar çəkilmiş şəkillərin müqayisəsi zamanı müşahidə etmək olar.


Bu hadisə niyə baş verir?

Yer orbiti ideal dairə deyil, bir qədər uzanmış ellips formasındadır. Buna görə də, planetimizlə Günəş arasındakı məsafəs il ərzində dəyişir. Afeli nöqtəsi Yerin orbit üzrə ən yavaş hərəkət etdiyi mövqedir ki, bu da Keplerin ikinci qanunu ilə izah olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin