Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

Hazırda oxunan: Ukrayna helikopteri qəzaya uğradı — Bütün heyət həlak oldu

623666

Ukraynanın Poltava vilayətində Mi-8 hərbi helikopterinin qəzaya uğraması nəticəsində 4 ukraynalı hərbçi həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Lvov vilayətinin Brodı şəhər şurasından məlumat verilib.
 

Yerli hakimiyyət orqanlarının məlumatına görə, vertolyot iyunun 30-da Rusiyanın pilotsuz uçuş aparatlarını (PUA) ələ keçirmək üçün döyüş tapşırığı yerinə yetirərkən qəzaya uğrayıb. Şəhər şurası aviasiya qəzası nəticəsində bütün heyət həlak olduğunu bildirib.


Bundan əvvəl, iyunun 27-də Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi də Poltava vilayətində qəzaya uğramışdı.  Məlumata görə, təyyarə ilə əlaqə gecə saatlarında kəsilib. Pilot katapult edə bilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin