Ermənistanda müxalif lider Qaqik Tsarukyan SAXLANILDI

Hazırda oxunan: Ermənistanda müxalif lider Qaqik Tsarukyan SAXLANILDI

623648

Ermənistanın müxalif "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə onun vəkili Yerem Sarkisyan məlumat verib.

Vəkil bildirib ki, Tsarukyanın evində aparılan axtarışlar artıq başa çatıb və o, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılacaq.

Yerem Sarkisyanın sözlərinə görə, siyasi lider dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur. Cinayət işi Ermənistan-İran Palatasının fəaliyyəti ilə bağlıdır. Tsarukyan bu qurum vasitəsilə iki ölkə arasında ticarət əlaqələrinin inkişafına kömək etməyə çalışıb.

Vəkil məsələnin təfərrüatını belə izah edib:

"Bu müddət ərzində bəzi İran vətəndaşları qanunsuzluqlara yol veriblər və buna görə onlara qarşı şikayətlər daxil olub. Həmin şəxslər də öz növbəsində İranda qarşı tərəf barəsində şikayət ərizəsi yazıblar və materiallar oradan Ermənistana göndərilib. Sonra naməlum səbəblərdən, İran tərəfinin materialları əsasında Ermənistan hüquq-mühafizə orqanları Qaqik Tsarukyana zərərçəkmiş statusu vermək əvəzinə, onu təqsirləndirilən şəxs qismində tanımağa qərar veriblər. Ermənistanın öz vətəndaşının maraqlarını qorumaq əvəzinə, onun ziyanına hər şeyi etməsi təəccüblüdür".

Müdafiə tərəfi bu həbsin arxasında siyasi sifariş dayandığını iddia edib. Sarkisyan qeyd edib ki, bu hərəkətlərdən əvvəl Tsarukyana qarşı birbaşa hədə-qorxular gəlib:

Tsarukyanın digər vəkili Emin Xaçatryan isə əlavə edib ki, hüquq-mühafizə orqanları işə aid heç bir ciddi sənəd və ya əşya tapmayıblar. Müsadirə edilən materiallar isə qanunsuz şəkildə götürülüb. Bununla bağlı yaxın vaxtda rəsmi şikayət veriləcək

Qeyd edək ki, bundan əvvəl Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları 10-dan çox cinayət işinin istintaqı çərçivəsində 70-dən çox ünvanda axtarış aparıblar. Xüsusilə, Tsarukyanın evində, eləcə də ona məxsus bir sıra şirkətlərdə axtarışlar aparılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin