"Qatar Airways" aviaşirkətinə məxsus, Doha–Tbilisi marşrutu üzrə QTR253 reysini yerinə yetirən hava gəmisi ehtiyat hava limanı qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib.
Bu qərar təyinat hava limanı olan Tbilisidə müşahidə olunan əlverişsiz meteoroloji şərait səbəbindən hava gəmisinin komandiri tərəfindən qəbul edilib.
Airbus A320 tipli hava gəmisi yerli vaxtla saat 20:23-də uğurla eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportu hava gəmisinə mövcud prosedurlara uyğun xidmət göstərib.
Meteoroloji şərait yaxşılaşdıqdan sonra reys təyinat məntəqəsinə uçuşunu davam etdirəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:48 / 06.07.2026
"Qatar Airways"in təyyarəsi Bakıya məcburi ENİŞ ETDİ
Hazırda oxunan: "Qatar Airways"in təyyarəsi Bakıya məcburi ENİŞ ETDİ
Hazırda oxunan: "Qatar Airways"in təyyarəsi Bakıya məcburi ENİŞ ETDİ
623657
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































