Ermənistanın Pakistanda ilk səfiri TƏYİN EDİLDİ

Hazırda oxunan: Ermənistanın Pakistanda ilk səfiri TƏYİN EDİLDİ

623586

Ermənistanın Pakistanda ilk səfiri təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vahaqn Xaçaturyan fərman imzalayıb.

Sənədə əsasən, Karen Qriqoryan iqamətgahı Əbu-Dabidə olmaqla Ermənistan Respublikasının Pakistandakı ilk səfiri təyin edilib.
 

Qriqoryan hazırda Ermənistanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır, onun Pakistandakı səfir təyinatı eyni vaxtda həyata keçirilir.


Qeyd edək ki, 31 avqust 2025-ci ildə Ermənistan və Pakistan Tyantszin şəhərində keçirilən ŞƏT sammiti çərçivəsində birgə sənəd imzalayaraq diplomatik münasibətlər qurublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin