Rusiyanın Sibirdəki ən böyük neft emalı zavodu vuruldu – VİDEO

Hazırda oxunan: Rusiyanın Sibirdəki ən böyük neft emalı zavodu vuruldu – VİDEO

623599

Rusiyanın ən böyük neft emalı zavodu (NEZ) hesab olunan Omsk şəhərindəki müəssisəyə dron zərbəsi endirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın monitorinq kanalları məlumat yayıb.

Qeyd edək ki, İllik istehsal gücü 22 milyon tondan çox neft təşkil edən Omsk Neft Emalı Zavodu Rusiyanın nəhəng "Qazprom neft" (Gazprom neft) şirkətinə məxsusdur. Bu müəssisə Rusiya Federasiyasının daxili bazarı üçün tələb olunan benzinin mühüm hissəsini istehsal edir, həmçinin genişmiqyaslı ixrac tədarüklərini həyata keçirir.

Hərbi ekspertlərin və monitorinq kanallarının diqqət çəkdiyi ən əsas məqam zavodun coğrafi mövqeyidir.
 

Məlumata görə, Omsk NEZ Ukrayna sərhədindən təxminən 2,5 min kilometr məsafədə, Sibir regionunun dərinliyində yerləşir. Bu amil, hücumun uzaqmənzilli zərbə PUA-ları (dronlar) və ya diversiya qrupları tərəfindən törədilməsi ehtimalını gündəmə gətirir.


Hazırda hadisənin təfərrüatları, zavoda dəyən ziyanın miqyası və istehsalatın dayandırılıb-dayandırılmaması barədə rəsmi açıqlamalar gözlənilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin