Türkiyə MN-dən NATO mesajı: “İkinci ən böyük ordusuyuq” - VİDEO

Hazırda oxunan: Türkiyə MN-dən NATO mesajı: “İkinci ən böyük ordusuyuq” - VİDEO

623642

Türkiyənin Müdafiə Nazirliyi (MN) Ankarada keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvəsi ərəfəsində Türkiyə Silahlı Qüvvələri ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, nazirliyin "X" sosial şəbəkə hesabındakı paylaşımında Türkiyənin silahlı qüvvələrinin NATO-nun ikinci ən böyük ordusu və dünyanın ən effektiv, eyni zamanda çəkindirici hərbi qüvvələrindən biri olduğu bildirilib.

Qeyd olunub ki, Türkiyənin silahlı qüvvələri zəngin tarixi, yüksək döyüş hazırlığı, müasir imkan və qabiliyyətləri ilə ölkənin müdafiə və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır:

"TSQ təkcə Türkiyənin deyil, həm də regional və qlobal təhlükəsizliyin təminatçılarından biri kimi qiymətləndirilir".
 

 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin