Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: Müddət uzadıldı

Hazırda oxunan: Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: Müddət uzadıldı

623601

Direktorların işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə Bizim.Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 29-u saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılıb.

Namizədlər 9 iyul 2026-cı il saat 17:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.
 

Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.


Qeyd edək ki, müsabiqənin nəticələri namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin