Tramp: "İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq"

Hazırda oxunan: Tramp: "İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq"

623638

“Düşünürəm ki, neftin bir barelinin qiyməti hətta əvvəlkindən də aşağıdır. Biz güzəştlər əldə etmişik, indi əsas məsələ İranın bu güzəştlərə əməl etməsidir. Amma nüvə silahı olmayacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“İranın nüvə silahı ola bilməz. Bildiyiniz kimi, onların imkanlarını tamamilə məhv etdik. Gəmiləri, təyyarələri, radar sistemləri qalmadı. Hörmüz boğazından çıxan gəmilərlə bağlı vəziyyətə nəzarət etdik.
 

Donanmamız çox güclü blokada həyata keçirdi və iki ay ərzində heç bir gəmi keçmədi. Sonra blokadanı yumşaltdıq, çünki razılaşmaya yaxınlaşırıq. Bilmirəm, görəcəyik. Biz ya razılaşma əldə edəcəyik, ya da işi başa çatdıracağıq.


Mən razılaşmaya üstünlük verirəm, çünki 91 milyon insana təsir etmək istəmirəm. Biz onların körpülərini, enerji və elektrik istehsalı obyektlərini çox qısa zamanda sıradan çıxara bilərik. Onlar da bunu bilirlər”, - deyə Tramp əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin